“Səhiyyə Nazirliyi 4-cü dozanı tövsiyə etməyib”

XƏBƏR
14:41
10 Fevral 2022
218

“Azərbaycanda 4-cü dozanın vurulması Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilməyib”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, dünyada bir neçə ölkə 4-cü dozanın vurulmasına qərar verib:

“Azərbaycanda belə bir qərar yoxdur. 3-cü doza özü könüllüdür, məcburi deyil. 4 və 5-ci dozanın vurulmasının elmi təsdiqi yoxdur. Vəziyyət daim izlənilir. Səhiyyə Nazirliyinin yanında Tibbi-elmi şuranın həftəlik iclasları olunur və qabaqcıl dünya təcrübəsi təhlil olunur”.

Xəbər lenti