Nazir karantinin 7 günə salınmasını belə izah etdi

ÖLKƏ
13:59
10 Fevral 2022
248

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda koronavirusa yoluxan şəxslərin karantin müddətinin 7 günə endirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

“Omicron” ştamına yoluxan şəxsin simptomları 2 günə üzə çıxır, 5 gündən sonra isə o ətrafı yoluxdurmur. Ona görə bu müddət 7 günə endirilib. Burada hər şey məntiqlidir”.

Xəbər lenti