Anar Məmmədovun yerinə o seçildi
Bu gün Azərbaycan Qolf Federasiyasında hesabat-seçki konfransı keçirilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, federasiyanın yeni prezidenti Rauf Xəlilov olub.
Yığıncaqda həmçinin Anar Əzimov federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Qolf Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətinə üzv seçiliblər.
Qeyd edək ki, Rauf Xəlilov “İSR” Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun oğludur.
Xatırladaq ki, Azərbaycan Qolf Federasiyası 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən yaradılmışdı. Lakin Z.Məmmədov nazir postunu tərk etdikdən sonra oğlu da federasiya ilə maraqlanmayıb.
2018-ci ildən federasiyanın ofisinin qapısı bağlanıb və fəaliyyət dayandırılıb.
Daha çox