Azərbaycanlı yeniyetmə Gürcüstanda qətldə ittiham olunur

XƏBƏR
11:43
10 Fevral 2022
219

Gürcüstanın Marneuli şəhərində 17 yaşlı yeniyetmə 29 yaşlı bir kişini bıçaqlayaraq qətlə yetirib.

Sabah.az xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğu bu hadisə ilə bağlı detalları açıqlayıb.

Məlumata görə, hadisə fevralın 8-i baş verib. Qətlə səbəb 17 yaşlı şəxsi it dişləməsindən sonra tərəflər arasında yaranan mübahisə olub.

İstintaq məlumatına görə, 17 yaşlı yeniyetmə intiqam almaq məqsədilə 29 yaşlı şəxsə bir neçə bıçaq zərbəsi yetirib. Yaralı kişi xəstəxanada keçinib.

Gürcüstanın Daxili İşlər Nazirliyi 17 yaşlı yeniyetmənin saxlanıldığını açıqlayıb. Günahı sübuta yetirilərsə, o, 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, “Report”un məlumatına görə, qətlə yetirilən şəxsin adı Əli İsmayılovdur. Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmənin isə soydaşımız Amil Məmmədov olduğu bildirilir.

Xəbər lenti