Honkonqda koronavirusa yoluxmuş yeganə it öldü

XƏBƏR
13:28
18 Mart 2020
48

Honkonqda koronavirus epidemiyasına yoluxmuş yeganə it ölüb.

Sabah.az "New York Pos"a istinadən xəbər verir ki, heyvan müalicə olunub evə buraxılsa da, həyatını itirib.

Sahibinin sözlərinə görə it martın 16-da ölüb.

Qeyd edək ki, Honkonqda pomerianian cinsindən olan 17 yaşlı it fevral ayında koronavirusa yoluxduğu təsdiqləndikdən sonra karantinə alınmışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) itə virusun sahibi tərəfindən yoluxduğunu açıqlamışdı.

Xəbər lenti