Saxlanılarkən özünü bıçaqladı

XƏBƏR
10:20
10 Fevral 2022
213

Salyan rayonunda marketə basqın edən şəxs saxlanılarkən özünə xəsarət yetirib.

DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxs oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2000 manat pul tələb edib və ona xəsarət yetirib.

A.Cəfərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılıb. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti