Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq

XƏBƏR
17:51
9 Fevral 2022
216

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edib.

Sabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 10-u səhərdən 11-dək şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 10-u axşam, 11-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 10-u günün ikinci yarısı qərb rayonlarından başlayaraq 11-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyinin  arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. 11-də gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Xəbər lenti