Məktəbdə uşağın ölümünə görə cinayət işi başlandı
Fevralın 8-i saat 12 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalov təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Prokurorluqdan Sabah.az-a verilən məlumata görə, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət iş̧i başlanıb. Hazırda iş üzrə istintaq davam edir.
Daha çox