Bakıda 34 yaşlı qadını avtomobil vurub
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Hacıyeva Sevinc Azər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox