Bakının bu hissələrində su olmayacaq
Bu gün axşam saatlarından başlayaraq fevralın 8-i gün ərzində Qaradağ rayonunun Qobustan qəsəbəsi və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən Sabah.az-a bildirilib.
Bu, Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləri ilə əlaqədardır.
Daha çox