Nərimanovda dönərxanada yanğın

HADİSƏ
14:50
7 Fevral 2022
191

Nərimanov rayonunda yerləşən “Köz dönər”də yanğın başlayıb.

Sabah.az xəbər verir ki, yanğının hansı səbəbdən çıxdığı məlum deyil.

Nəticədə tüstü ətrafa yayılıb. Əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın saat 14:21-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti