Goranboyda bacı-qardaş öldürüldü

XƏBƏR
10:05
7 Fevral 2022
223

Goranboyda qətl hadisəsi baş verib.

Goranboy rayon prokurorluğundan Sabah.az-a verilən məlumata görə, fevralın 6-sıda rayonun Qarasüleymanlı kəndində 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi iə əlaqədar Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam edir.

Xəbər lenti