Meşəbəyi özünü meşədə asdı

XƏBƏR
17:51
5 Fevral 2022
309

Şəkidə meşəbəyi özünü asaraq intihar edib.

Sabah.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Kiş kəndində meşəlik ərazidə baş verib.

1968-ci il təvəllüdlü kənd sakini Tahir Cumayevin meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti