Cəlilabadda ağır qəza - Ölənlər və yaralananlar var

XƏBƏR
15:44
5 Fevral 2022
216

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 148 km-də, Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində olan “BMW” markalı minik avtomobili qarşı istiqamətdə hərəkət edən “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Daha sonra zərbənin təsirindən “VAZ 2107” markalı minik avtomobili əks istiqamətdən gələn “Atika” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində üç nəfər, Cəlilabad rayonunun Maşlıq kənd sakinləri - Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində ölüb.

Həmçinin, kənd sakinləri - 1997-ci il təvəllüdlü Vəlizadə Kamran İbadulla oğlu, 1958-ci il təvəllüdlü Şahbazov Hacıbala Balabəy oğlu, 1994-ci il təvəllüdlü Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib.

Ölən şəxslərin “VAZ 2107”də olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti