Təqaüdə göndərilən general-mayorun yerinə - Təyinat

ÖLKƏ
15:30
5 Fevral 2022
222

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaxın günlərdə nazir Vilayət Eyvazovun digər əmri ilə polis polkovniki Elşad Süleymanov Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Elşad Süleymanov bu təyinata qədər Türkiyədəki Azərbaycan səfirliyində eyni vəzifəni tutub.

DİN Mətbuat xidmətindən məlumat təsdiqlənib.

Xəbər lenti