Nazir generalı vəzifəsindən azad etdi

ÖLKƏ
13:36
5 Fevral 2022
229

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovu təqaüdə göndərib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Mirqafar Seyidov 2014-2021-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Xəbər lenti