4 yaşlı Məryəmin canlı yayımda saxlanılan atası ilə bağlı - Rəsmi açıqlama

ÖLKƏ
13:06
5 Fevral 2022
270

4 yaşlı Məryəm Hüseynlinin öldürülüb quyuya atılması ilə bağlı uşağın atası Taleh Allahyarov barəsində cinayət işi başlanılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, hadisə ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4 (əzab vermə) maddələri ilə cinayət işinin istintaqı aparılır.

Əzabvermə xüsüsatı ilə bağlı uşağın atası T.Allahyarov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 4 yaşlı qızı onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O, balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.

Hadisə ilə bağlı danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

T.Allahyarov ötən gün ATV-nin “Bizimləsən” proqramında canlı yayım zamanı saxlanılıb.

Xəbər lenti