Azərbaycanda direktor koronavirusdan vəfat etdi

ÖLKƏ
12:31
5 Fevral 2022
229

Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Cəmil Məmmədov koronavirusdan vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, 40 yaşlı C.Məmmədov təxminən bir ay əvvəl COVID-19-a yoluxub. Bu müddət ərzində xəstəliklə mübarizə aparsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, C.Məmmədov daha əvvəl Bakı Mühəndislik Universitetində Pedaqogika kafedrasının müdiri işləyib. O, Türkiyənin Uludağ Universitetində Xarici dil müəllimliyi (ingilis dili üzrə) bakalavr, İstanbul Universitetində Təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistr təhsili alıb.

Xəbər lenti