Hər gün şəhidlərin məzarlarını təmizləyir - Video

XƏBƏR
09:54
5 Fevral 2022
220

Sumqayıt sakini Şamil Ələsgərov hər gün şəhərin Şəhidlər xiyabanını ziyarət edir, şəhid məzarlarını təmizləyir.

Sabah.az AzTV-yə istinadən xəbər verir ki, o, bu işlərinə görə şəhid ailələrinin sevimlisinə çevrilib.

Şamil təxminən 6 ildir, Aprel döyüşlərindən bu vaxtadək hər gün Sumqayıtdakı Şəhidlər xiyabanına gəlir, məzarların üstünü təmizləyir, bayraqları yeniləyir, bunu özünə borc bilir.

Şəhid valideynləri Şamili öz övladı kimi qəbul edir.

Xəbər lenti