Azərbaycan nümayəndə heyəti paraddan keçdi

XƏBƏR
17:50
4 Fevral 2022
141

Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.

Sabah.az xəbər verir ki, tədbirdə dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Azərbaycan paradda iştirak edən 42-ci ölkə olub. Açılışa komandanın şef de-missionu, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov və məşqçi Aleksey Çetveruxin də qatılıb.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, Türkiyə ikinci, Malta isə üçüncü keçib.

Xəbər lenti