Vüqar Abdullayevi o əvəzlədi

ÖLKƏ
11:49
4 Fevral 2022
235

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Vüqar Abdullayev vəzifəsindən azad olunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fondun icraçı direktorunun yeni müavini Aqşin Cahangirov olub. A.Cahangirov bu təyinata qədər ƏSF-də icraçı direktorun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri idi.

Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, hazırda bununla bağlı mediaya hər hansı bir məlumat verilmir.

Maraqlıdır ki, bir neçə gün əvvəl fondun rəsmi internet saytında icraçı direktorun müavini bölməsində Vüqar Abdullayevin adı olsa da, hazırda həmin bölmədə Abdullayevin adı çıxarılıb və yenilənməyib.

Qeyd edək ki, V.Abdullayev Prezidentin sərəncamı ilə 1 avqust 2017-ci ildə sözügedən vəzifəyə təyin olunmuşdu.

Xəbər lenti