Gəncədə avtoxuliqanlıq edən qazi saxlanılıb

XƏBƏR
09:32
4 Fevral 2022
241

Gəncədə şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi “VAZ” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib.

Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o inzibati məsuliyyətə cəlb olunub.

Xəbər lenti