BDU-da rektorun müşavirini bıçaqlayan şəxsə hökm oxundu

XƏBƏR
17:10
3 Fevral 2022
154

Bakı Dövlət Universitetində (BDU) rektorun müşavir və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda BDU-nun əsas korpusunda baş verib. Universitetdə fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib. O, məhkəmədə işdən çıxarıldığı üçün əsəbiləşib bu əməli törətdiyini deyib.

Xəbər lenti