Azadə Balayevaya AMEA-da vəzifə verildi
Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Sabah.az xəbər verir ki, iclasda AMEA Rəyasət Heyəti aparatının ştat strukturunda qismən dəyişiklik edilib.
Rəyasət Heyətinin qərarı ilə Azadə Balayeva AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Balayeva “ANS” və “Space” telekanallarında müxtəlif vəzifələrdə işləyib.
Daha çox