Polis mayoru qəfil öldü
Qaxda keçmiş polis əməkdaşı qəflətən vəfat edib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin hamam otağında ölüb. Onun huşsuz bədəni həyat yoldaşı tərəfindən aşkarlanıb.
Onun ölüm səbəbi kimi dəm qazından zəhərləndiyi göstərilsə də, ailəsi mərhumun ürəyində problemlər olduğunu və ürəktutmadan öldüyünü bildirib.
Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayoru olub. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili kimi çalışıb.
Daha çox