Afət Fərmanqızının əri azadlığa buraxıldı

ÖLKƏ
10:45
3 Fevral 2022
235

Müğənni Afət Fərmanqızının əri, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Mamed Nanacanov sərbəst buraxılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Nanacanov araşdırma müddəti ərzində 48 saat saxlanıldıqdan sonra azadlığa çıxıb.

Hazırda Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanan cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.

M.Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirləndirilir.