Bir ailənin 5 üzvü qazdan zəhərləndi

XƏBƏR
10:28
3 Fevral 2022
223

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakinləri, 1982-ci il təvəllüdlü Vüsal Zeynalov, onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Elyanə Vəliyeva, onların övladları - 2007-ci il təvəllüdlü Ayşə Zeynallı, 2008-ci il təvəllüdlü Ülvi Zeynallı, 2015-ci il təvəllüdlü Asiya Zeynallı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Ailənin vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, Zeynallı ailəsi yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Xəbər lenti