Tələbələrə qarşı quldurluq edən şəxs saxlanıldı

XƏBƏR
09:13
3 Fevral 2022
259

Gəncədə naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Bu barədə Sabah.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadə yanvar ayının 31-də tələbələrin yaşadığı mənzilə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Xəbər lenti