Quyudan meyiti tapılan 4 yaşlı qız öldürülübmüş - Saxlanılan var

ÖLKƏ
17:53
1 Fevral 2022
124

Dünən Bakıda 10 metr dərinlikdə olan quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.

O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun M.Hüseynlinin qonşusu olduğu bildirilir.

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.

Xəbər lenti