Maqsud Mahmudov hakim qarşısına çıxarılır

XƏBƏR
11:43
1 Fevral 2022
131

Ötən il Azərbaycanın beynəlxalq axtarışa verdiyi və Ukraynada saxlanılaraq təhvil verilən bloqer Maqsud Mahmudovun məhkəməsi başlayır.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Mahmudov barəsində aparılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 7-ə təyin olunub.

Qeyd edək ki, onun barəsində ibtidai istintaq bir müddət öncə yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Faiq Qəniyev sədrlik edəcək.

Külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov hazırda Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama; təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Onun 90 nəfəri aldadaraq zərər verdiyi bildirilir. Zərəçəkənlər arasında tanınmış müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmli də var.

Xəbər lenti