Fizuli Ələkbərovun daha bir şirkəti ləğv olundu
Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərova məxsus daha bir şirkət ləğv olunub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “İMPROTEX MOTORS” MMM “İMPROTEKS” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və “İMPROTEKS” MMC-nin qoşulma nəticəsində ləğv olunduğunu elan edib.
Qeyd edək ki, bundan öncə “Improtex Group” MMC-yə daxil olan “Improtex Trading” MMC də ləğv olunaraq holdinqin digər şirkəti - “Improtex Motors” MMC-yə qoşulduğunu elan etmişdi.
Xatırladaq ki, F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.
Daha çox