Hafiz Məmmədov ev dustaqlığına buraxıldı
İş adamı Hafiz Məmmədov ev dustaqlığına buraxılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun vəkilləri tərəfindən verilən vəsatət təmin olunub.
Qeyd edək ki, Hafiz Məmmədov vergi borcunu ödəmədiyinə görə həbs edilmişdi. Onun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilmişdi.
Vəkillərinin sözlərinə görə, H.Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 mini ödəyib. Hazırda isə Məmmədovun borcu 1 milyon manatdır.
Daha çox