Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı
Bakıda 4 yaşlı qız uşağının meyiti tapılıb.
Sabah.az xəbər verir ki, bu barədə FHN açıqlama yayıb.
Bildirilir ki, Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha çox