“Yuventus”un daha bir futbolçusunda koronavirus aşkarlandı
23:57
17 Mart 2020
61İtaliyanın "Yuventus" klubunda daha bir futbolçu koronavirusa yoluxub.
Sabah.az “NTV Spor”a istinadən xəbər verir ki, bu, Turin təmsilçisinin yarımmüdafiəçisi və Fransa yığmasının üzvü Blez Matyuididir.
Klubdan bildirilib ki, 32 yaşlı futbolçunun testlərinin cavabı müsbət çıxıb, hazırda onun vəziyyəti yaxşıdır..
Qeyd edək ki, bundan əvvəl "Yuventus"un daha bir futbolçusu - müdafiəçi Daniel Ruqani də koronavirusa yoluxub.
Daha çox