Bakıda yaşayış binasındakı yanğın söndürüldü - Video
Bakıda yaşayış binası yanır.
Fövqəladə Hallar Nazirliyindən Sabah.az-a verilən məlumata görə, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Yanğın söndürülüb, ətrafa yayılmasının qarşısı alınıb.
Daha çox