Narkotik çəkib taksi sürən şəxs saxlanıldı - Video

XƏBƏR
17:25
25 Yanvar 2022
112

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, Ramana qəsəbəsində yaşayan Səbuhi Quliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobili narkotik vasitə qəbul edərək idarə edərkən saxlanılıb.

Həmin şəxsin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Səbuhi Quliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Xəbər lenti