Məşhur restoranın icarədarı həbs edildi

ÖLKƏ
15:40
25 Yanvar 2022
192

Sumqayıt şəhərindəki “Kalyon” restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanvarın 23-dən şəhərin Sahil küçəsində yerləşən “Kalyon” restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.

Polisi keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbər lenti