İtaliyadakı vətəndaşlarımız Bakıya çarter reysi ilə gətirilir - Foto

XƏBƏR
21:57
17 Mart 2020
68

Azərbaycanın İtaliyadakı səfirliyi orada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Sabah.az xəbər verir ki, müraciətdə 17 mart 2020-ci il tarixində saat 20:00-da Roma şəhərinin "Fiumicino" hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib:

"İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının saat 16.00-dan etibarən Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur".

Səfirlikdən bildirilir ki, artıq vətəndaşlarımızn bir hissəsi ölkəyə qayıdıb.

Qeyd olunub ki, zərurət yaranacağı təqdirdə vətəndaşlardan səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlamaları rica olunur:

Telefon nömrəsi: 06 85305557
Qaynar xətt: 349 8155582

Xəbər lenti