Avtomobillərin parklanması müddəti 48 saata qədər uzadılır

XƏBƏR
13:06
24 Yanvar 2022
272

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsuliyyət daşıyırlar.

Qeyd edək ki, hazırda bu müddət 24 saat nəzərdə tutulur.

Xəbər lenti