Qanunsuz ov edən şəxs tutuldu

XƏBƏR
10:57
24 Yanvar 2022
304

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İmişli rayon sakini Mirasim Əzimov qanunsuz ov edərkən saxlanılıb.

Həmin şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

Xəbər lenti