Bakıda yarımtikilidə güclü yanğın - Video

HADİSƏ
13:54
22 Yanvar 2022
146

Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yarımtikilidə güclü yanğın olub.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğın söndürülüb.

Xəbər lenti