Bu gün Bakının bu rayonunda su olmayacaq
Ceyranbatan- Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 21-də (bu gün) Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Sabah.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
“Yaranmış narahatlıqla bağlı “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - məlumatda deyilir.
Daha çox