Heykəli zədələyənlər sərbəst buraxıldı
Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyərək dəmirdən təsbehi qıran gənclərlə bağlı qərar verilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaqın qərarı ilə 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində polisin nəzarətinə vermək qətimkan tədbiri seçilib. Onlar həbs edilməyərək sərbəst buraxılıblar.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham edilir.
Daha çox