Uşaq evində valideynin tərbiyəçini döyməsi ilə bağlı - Rəsmi açıqlama
Sosial şəbəkələrdə valideynin uşaq evində tərbiyəçini döyməsi ilə bağlı yayılan videogörüntülər araşdırılır.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə və bəzi saytlarda tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülər yanvarın 16-da Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qeydə alınıb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq.
Daha çox