Ramiz Mehdiyevin maaşı artırıldı

ÖLKƏ
12:25
19 Yanvar 2022
190

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Sabah.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, AMEA-nın prezidentinin vəzifə maaşı 3084 manata çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl AMEA prezidentinin vəzifə maaşı 2570 manat təşkil edirdi.

Xəbər lenti