Bakıdan Şuşa və Ağdama avtobus qiymətləri belə olacaq - Siyahı

ÖLKƏ
11:52
18 Yanvar 2022
208

Yanvarın 24-ü işğaldan azad edilmiş ərazilərə təşkil olunacaq marşrut avtobuslarının gediş haqqı qiymətləri açıqlanıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qiymətlər belədir:

- Bakı-Şuşa-Bakı - 10.40 AZN

- Bakı-Ağdam-Bakı - 9.40 AZN

- Əhmədbəyli-Şuşa - 7 AZN

- Bərdə-Ağdam-Bərdə 5 AZN

- Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN

Əhmədbəyli-Şuşa istiqamətində həftədə 4, digər marşrutlar üzrə 2 dəfə təşkil olunacaq.

Anar Rzayev qeyd edib ki, artıq bununla bağlı sınaq təşkil edilib. İri tutumlu avtobuslar olacaq. Şuşa istiqamətində isə xüsusi əyləc tipi olan avtobuslar seçilib.

Qalib şirkət seçilib və müqavilə bağlanıb.

Xəbər lenti