UEFA Avro-2020 ilə bağlı qərarını - Rəsmən açıqladı
UEFA bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020-nin koronavirus epidemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb.
Sabah.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransından sonra qərar verilib. Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.
Xatırladaq ki, əvvəlki qərara əsasən, futbol üzrə Avropa çempionatının oyunlarının cari ilin 12 iyun - 12 iyulda keçiriləcəyi nəzərdə tutulurdu. Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda olacaq.
Daha çox