Generalın yerinə polkovnik təyin edildi

ÖLKƏ
09:52
18 Yanvar 2022
234

Daxili İşlər Nazirliyinin Katibliyinə yeni rəis təyin edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müvafiq əmrlə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə bu vəzifəyə təyinat alıb.

39 yaşlı N.Məmmədzadə ən gənc polkovniklərdəndir. Üç il əvvəl rəis müavini postuna gətirilən polkovnik bundan öncə isə Təşkilati-İnspeksiya İdarəsində şöbə rəisi olub.

2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə N.Məmmədzadə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, Katibliyin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Xəbər lenti