“Mübariz Mənsimovun günahsızlığının isbatlanacağına inanırıq”

XƏBƏR
18:38
17 Mart 2020
111

"Palmali" Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Mənsimov bir neçə aydır ki, haqsızlıq və hüquqsuzluqla qarşı-qarşıyadır".

Sabah.az xəbər verir ki, bu barədə şirkətin rəsmi “Facebook” səhifəsində yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, M.Mənsimov həqiqətə uyğun olmayan bir ittihamla - FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda günahlandırılır:

"Mənsimov İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılıb və barəsində həbs qərarı verilib. Məsələ Mənsimovun vəkillərinin diqqətindədir. Onun günahsızlığının isbatlanacağına inanırıq. Bu müddət ərzində şirkət öz fəaliyyətini davam etdirəcək, heç bir axsama olmayacaq".

Xəbər lenti