Bıçaqlandı, xəstəxanaya aparılarkən öldü

XƏBƏR
10:14
17 Yanvar 2022
189

Yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Sabah.az xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, zərərçəkmişin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti